Azərbaycanda əhalinin tütün məmulatları üzrə xərcləri artıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin 2022-ci ilin yanvar-sentyabr ayları ərzində tütün məmulatları üzrə dövriyyəsi 159 milyon 937 min manat təşkil edib.
Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 27 milyon 918 min manat, yaxud 21% çoxdur.
Əhalinin bu məhsullar üzrə pərakəndə ticarət dövriyyəsi təkcə 2022-ci ilin üçüncü rübü ərzində 56 milyon 703 min manat olub.