8 C
Baku
Tuesday, January 14, 2025

Əhali kredit götürməkdən çəkinir

Son zamanlar bank sistemində baş verən proseslər,əhalidə kreditlərə olan etibarıda nisbətən azaldıb. Bu əsasən, devalvasiyadan sonra müşahidə olunan bizneslərin səngiməsi, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə əlaqələndirilir. Hazır ki vəziyyətdə, əhali öhtəliklərə daha məsuliyyətli yanaşır, pulları xərcləməkdən daha çox yığımağa meyillidirlər.

Kreditlərin verilməsində durğunluq həm Bakı həmdə regionlarda qabarıq şəkildə müşahidə olunur. Kredit buraxılışları bankdan asılı olaraq 2-4 dəfə aşağı düşmüşdür.

Məsələnin digər tərəfi bankların fəaliyyəti ilə bağlıdır. Mərkəzi Bankın kredit faizlərinə təyin etdiyi maksimum limit və digər qərarlar onları bir tərəfdən sarsıdıb, digər tərəfdən isə bəzi məhsulların bazara təklifinin qarşısını alıb. Qeyd edək ki, bankların xaricidən cəlb etdiyi vəsait baha başa gəldiyindən, 25% biznes kreditlərinin verilməsi bir çox banka maliyyə baxımdan sərf etmir. Əlavə olaraq, maliyyə resursları daxili bazarda hələki məhduddur.

Qeyd olunan məsələnin digər bir səbəbi , əhalinin dollar kreditləri götürməkdən çəkinməsidir. Maraqlı nüanslardan biri də odur ki, bəzi banklar həm dollar həm manat kreditlərini təklif etmələrinə baxmayaraq, müştərilər hətta manat kreditləri götürməkdədə elə həvəsli deyillər.

Son xəbərlər
Digər xəbərlər