12 C
Baku
Wednesday, December 11, 2024

Əhali “qənaətə” keçir, yoxsa nağdsız ödənişlər azalır?

Azərbaycanda debet kartlarla elektron ticarətdəki nağdsız ödənişlərin həcmi 9 aydan sonra ilk dəfə mənfi dinamika müşahidə edildi.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin yanvar ayında e-ticarətdəki nağdsız ödənişlərin həcmi  920 milyon manat (bunun da 845 milyon manatı ölkə daxilində bax verib) təşkil etdi, hansı ki, bu 2020-ci ilin dekabrında 1 milyard 77 milyon manatı əhatə edirdi.

Ölkədə son illəri müqayisə etdikdə bu azalmanın (17%) dekabrla müqayisədə daha az olması yanvara xas olmasını müşahidə edirik. Məsələn, ötən ildə də dekabrda e-ticarət ödənişlərinin həcmi 2020-ci ilin dekabrında  433 milyon dollar olsa da, 2021-ci ilin yanvarında 360 milyona düşmüşdü. Amma illik müqayisədə e-ticarətdə 2.5 dəfə artım vardır.

Azalmaya səbəb kimi makroiqtisadi göstərici – pərakəndə ticarətin əsasən ilin sonu ilə müqayisədə zəif olmasından irəli gəlir. 2021-ci ilin dekabrında ölkə ərazisində 5 milyard 890 milyon manat pərakəndə ticarət baş tutumuşdursa, bu rəqəm 2022-ci ilin yanvarında 3 milyard 630.3 milyon manat idi. Bu da ölkənin pərakəndə ticarətində 39% azalma deməkdir.

Eyni azalma POS-terminallarda da müşahidə edildi. 2022-ci ilin yanvarında öncəki ayla müqayisədə POS-terminallarla ödənişlərin həcmi 12% azalaraq 384 mln. manata (bunun da 370 milyon manatı ölkə daxilində) qədər azalıb.

ATM-lərdən vəsaitlərin nağdlaşdırılması isə 25% azalaraq 1 milyard 882 milyon manata (1 828 milyon manatı ölkə daxilində) düşüb. Lakin, ATM-lərdən vəsaitlərin nağdlaşdırılması 2021-ci illə müqayisədə 29% çoxdur.

423423424

Son xəbərlər
Digər xəbərlər