Bu ilin əvvəlindən Azərbaycanda ilk dəfə iyun ayında əhalinin bank əmanətlərinin həcmi artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Belə ki, iyulun 1-nə əmanətlərin məbləği 7 815,6 mln. manat təşkil edib. Bu isə iyunun 1-i ilə müqayisədə 3,3% və yaxud 249,7 mln. manat çoxdur.
İlin əvvəlinə nisbətən fiziki şəxslərin müddətli depozitləri 17,5% azalıb, illik müqayisədə isə 2,1% artıb.
Report





