9 C
Baku
Friday, December 13, 2024

Əhalinin bank əmanətlərinin dollarlaşma səviyyəsi 57,4%-dək azalıb

2019-cu ilin yanvar-may aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 3% – 8 mlrd. 622,9 mln. manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Hesabat dövründə əhalinin xarici valyutada əmanətləri 5,4% – 4 mlrd. 950,4 mln. manatadək və ya bütün əmanətlərin 57,4%-i səviyyəsində azalıb (2018-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 62,5% təşkil edib).

2019-cu ilin yanvar-may aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 16,9% – 3 mlrd. 672,5 mln. manatadək (bütün əmanətlərin 42,6%-i) artıb.

31 may 2019-cu il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 8 mlrd. 84,6 mln. manat, qeyri-rezidentlərin – 538,3 mln. manat təşkil edir. İlin əvvəlindən rezidentlərin əmanətlərinin həcmi 6,7% artıb, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 29,5% azalıb.

İyunun 1-nə banklarda əmanət və depozitlərin həcmi 21 mlrd. 982,2 mln. manat təşkil edir ki, bu da 2018-ci ilin sonuna olan göstəricidən 0,5% çoxdur.

©İnterfaks-Azərbaycan

Son xəbərlər
Digər xəbərlər