Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi ilin əvvəlindən 15% artıb.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının 1 iyun 2022-ci il tarixinə olan statistikasına istinadən xəbər verir.
Əhalinin əmanətlərinin həcmi 10 mlrd. 389 mln. manat olub. Əhalinin müddətli əmanətləri ilin əvvəlindən 6% artmaqla 5 mlrd. 658.2 mln. manata, tələbli depozitlərin həcmi isə 28% artımla 4 mlrd. 730.8 milyon manata çatıb.
Heabat dövrünə ümumi depozitlərin həcmi 29 mlrd. 737.6 mln. manat olmuşdur. Bunun da 19 mlrd. 348.6 mln. manatı şirkət və təşkilatların vəsaitləri, o cümlədən bunun 17 mlrd. 475.2 mln. manatı tələbli olan hissədir.