Bu il dekabrın 1-nə Azərbaycan banklarına əmanət qoyuluşu 7 908.2 milyon manat təşkil edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2020-ci ilin noyabr ayına isə banklara əmanət qoyuluşu 7 870.3 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 0.5% çoxdur.
Ötən ilin müvafiq dövründə Azərbaycan banklarına əmanət qoyuluşu 8 681.5 milyon manat olub. Belə ki, illik müqayisədə 19% azalıb.