10 C
Baku
Friday, December 13, 2024

Əhalinin banklardakı əmanətlərinin məbləği açıqlandı

2016-cı ilin aprel ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 19687,0 milyon manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatda bildirilib.

Qeyd olunub ki, vəsaitin 15203,4 milyon manatı uzunmüddətli kreditlər olub. Kredit portfeli 2015-ci il aprel ayının 1-i ilə müqayisədə 4,6 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,7 faizini təşkil edib.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il aprel ayının 1-nə 7888,9 milyon manat təşkil edib. Aprel ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,52 manata (ilin əvvəlindən 1,56 manata), 1 Avroya – 1,72 manata (1,73), 100 Rusiya rubluna – 2,27 manata (2,13) bərabər olub.

Modern.az

Son xəbərlər
Digər xəbərlər