8 C
Baku
Monday, November 18, 2024

Əhalinin banklardakı depozitləri rekord vurur – Orta faizlər düşsə belə

Azərbaycan banklarında əhalinin (fiziki şəxslər) depozitlərinin həcmi tarixi rekord vurmaqla 2023-cü ilin 1 iyuluna 12 mlrd. 472.5 mln. manata yüksəlib.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın 30 iyun 2023-cü il tarixinə təqdim etdiyi aylıq icmal göstəricilərində bildirilir.

Bu son bir ayda 2.7 faiz, ilin əvvəlindən isə 20.7 faiz artmış olub. Xarici valyutada olan depozitlərin həcmi isə 4 mlrd. 628.1 mln. manat ekvivalentində olub.

Depozit portfelinin 6 mlrd. 595.5 mln. manatı müddətli olub ki, bu da son bir ayda 2.2 faiz artıb. Tələbli depozitlərin 5 mlrd. 877 mln. manat olmaqla, aylıq 3.3 faiz artıb.

Qeyd edək ki, Azərbaycanda 1 fevral 2023-cü il tarixindən depozit faizləri yenidən vergiyə cəlb edilib. Belə ki, depozit faizlərinin gəlirinin 10%-i dövlətə vergi kimi ödənir. Gözlənti bu idi ki, bu, əhalinin banklarda depozit qoymaq üçün marağını azaldacaq, lakin gedişat əksini göstərir və əhali üçün ən yaxşı investisiya alternativi depozit yerləşdirilməsidir.

Fiziki şəxslərin banklardakı depozitlərin illik gəlirliliyi iyun ayında orta ölçüdə 9.26%-dən 9.26%-ə qədər azalıb. Yeni cəlb edilmiş depozitlərin gəlirliliyi isə illik orta hesabla 7.94%-dən 7.51%-ə qədər azalıb.

Son xəbərlər
Digər xəbərlər