Azərbaycan Respublikasının Mərkəzi Bankı nağd xarici valyuta ilə mübadilə əməliyyatları barəsində statistikasını açıqlayıb.
Banker.az AMB-yə istinadən xəbər verir ki, bu ilin yanvar ayında ölkə əhalisi tərəfindən 216 294,6 min dollar alınıb ki, bu da 2019-cu ilin dekabr ayı ilə müqayisədə 136 098,4 min dollar və ya 39% azdır. İllik müqayisədə əhalinin tərəfindən dollar alışı bu ilin yanvar ayında 83 332,8 min dollar və ya 28% azalıb.
Cari ilin yanvarında ölkə əhalisi banklara 123 255,1 min dollar satıb. 2019-cu ilin dekabr ayı ilə müqayisədə 2020-ci ilin yanvar ayında banklar tərəfindən dollar alışı 27,5% azalıb.
Yanvar ayında banklar tərəfindən 11 milyon 490 min avro alınıb, 30 milyon 648 min avro satılıb. Ötən ilin analoji dövrüylə müqayisədə bu il banklar tərəfindən alınan avronun sayında 61% azalma, satışında isə 48 % azalma müşahidə olunur.
Həmçinin banklar tərəfindən 2020-ci ilin yanvarında 2,579 min funt sterlinq alınıb və 3,611 min funt sterlinq isə satılıb.