8 C
Baku
Wednesday, November 6, 2024

Əhalinin bir hissəsi ötən il işıq pulu vermək istəməyib

Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə bağlı Tədbirlər Planına əsasən, ötən ilin aprel-may aylarında əhali üçün güzəştli işıq limitinin 100 kvts. həcmində artırılması nəticəsində “Azərişıq” ASC-nin gəlirlərinin azaldılmasını tənzimləmək üçün vəsait ayrılması nəzərdə tutulub.

Bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir.

“Bu zərərin orta aylıq məbləğinin 1,9-2,0 milyon manat, Tədbirlər Planında göstərilmiş aprel-may aylarında 3,8-4 milyon manat təşkil etdiyi halda, “Azərişıq” tərəfindən qeyri-əhali kateqoriyası üzrə istehlakın azaldılması hesabına gəlirlərin azalması (3,7 milyon manat), əhali kateqoriyasının bəzi hissəsinin ödənişdən imtina etməsi hesabına debitor borcların (2,9 milyon manat) artması (məlumdur ki, bu halda işığa görə debitor borcu ləğv edilmir və sonrakı dövrlərdə ödənilməsi tələb olunur) hesablamalara daxil edilib”, – rəydə qeyd olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər