Azərbaycanda fiziki şəxslərin banklardakı depozitləri yenidən böyüyərək 2021-ci ilin dekabrında 9 milyard 241.5 milyon manata çatıb.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Fiziki şəxslərin depozitlərinin 5 milyard 452 milyon manatı milli, 3 milyard 789 milyon manat ekvivalenti isə xarici valyutada olub.
Manatda cəlb edilmiş vəsaitlərin həcmi son ayda artsa da, xarici valyutada azalıb. Beləliklə, fiziki şəxslərin depozitlərində milli valyutanın payı 58%-dən 59%, xarici valyutanın payı isə 42%-dən 41%-ə qədər azalıb.
| mln. manat | Payı | ||||
| Cəmi | milli valyuta ilə | xarici valyuta ilə | milli valyuta ilə | xarici valyuta ilə | |
| Yanvar | 8,203 | 4,048 | 4,155 | 49% | 51% | 
| Fevral | 8,380 | 4,180 | 4,200 | 50% | 50% | 
| Mart | 8,147 | 4,046 | 4,102 | 50% | 50% | 
| Aprel | 8,353 | 4,285 | 4,068 | 51% | 49% | 
| May | 8,635 | 4,742 | 3,894 | 55% | 45% | 
| İyun | 8,435 | 4,582 | 3,854 | 54% | 46% | 
| İyul | 8,606 | 4,761 | 3,845 | 55% | 45% | 
| Avqust | 8,559 | 4,731 | 3,828 | 55% | 45% | 
| Sentyabr | 8,838 | 4,985 | 3,853 | 56% | 44% | 
| Oktyabr | 8,887 | 5,043 | 3,844 | 57% | 43% | 
| Noyabr | 9,052 | 5,255 | 3,797 | 58% | 42% | 
| Dekabr | 9,241 | 5,452 | 3,789 | 59% | 41% | 
Qeyd edilir ki, Azərbaycanda depozitlərin 5 milyard 339 milyon manatı müddətli (yəni illik faiz gəlirli) depozitlər təşkil edir. Bu ötən ilin əvvəlində 4 milyard 752.5 milyon manat olmuşdu. Müddətli əmanətlər son ayda 1.53%, illik isə 11.48% artıb.
Azərbaycanda isə hazırda manatın alıcılıq qabiliyyəti 2020-ci illə müqayisədə 2021-ci ildə 11% illik ifadədə düşüb, inflyasiya baş tutub. Bu o deməkdir ki, əksər depozitlər illik müqayisədə dəyər baxımından nəinki gəlir gətirib, hətta zərərə gedib. Çünki Azərbaycanda fiziki şəxslər üçün depozitlərin illik ödəniş faizi maksimumumu 11%-ə hətta çatmır, ondan aşağıdır. Xarici valyutada isə 1.35% olmuşdur.


 
                                    




