Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2014-cü ilin yanvar ayında əhalinin gəlirləri 2013-cü ilin eyni dövrü ilə müqayisədə 3,8% artıb. Yanvar ayında əhalinin gəlirləri 2,6 milyard manat təşkil edib. Onun hər nəfərə düşən həcmi orta hesabla 279,7 manat olub və 2,5% artıb.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 2,4 milyard manat həcmində və ya əvvəlki ildəkindən 3,8% çox vəsait qalıb.
Comments are closed.