2022-ci ilin yanvar ayında əhalinin nominal gəlirləri 4 mlrd. 675.9 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 15.5% çoxdur.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir.
Qeyd edək ki, 2021-ci ilin yanvar ayında əhalinin nominal gəlirləri 4 048 mln. manat təşkil etmişdi.
Bu ilin yanvar ayında əhalinin hər nəfərinə düşən nominal gəlirlərin həcmi isə 465,8 manat təşkil edib, bu da öncəki ilin müvafiq dövrü ilə müqayisədə müqayisədə 15.1% artım deməkdir.
Xatırladaq ki, ölkədə istehlak qiymətləri indeksi 12.5% artıb.