6 C
Baku
Sunday, December 15, 2024

Əhalinin mənzil təminatı ilə bağlı yeni fərman imzalandı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsinin təsdiq edilməsi ilə bağlı fərman imzalayıb. Banker.az AzərTAc-a istinadən xəbər verir ki, yol xəritəsində təxirəsalınmaz mənzil ehtiyaclarının qarşılanması üçün “MİDA” (Mənzil İnşaatı Dövlət Agentliyi) MMC tərəfindən uyğun qiymətə mənzil təminatı layihələrinin hazırlanması və həyata keçirilməsinin təşkili qeyd edilir.

Yol xəritəsində uyğun qiymətə mənzillərin, həmçinin müvafiq sosial infrastrukturun, ictimai binaların (inzibati, qeyri-yaşayış və s.) tikintisində “MİDA” MMC-nin mövqeyinin daha da gücləndirilməsi üçün müvafiq normativ hüquqi baza yaratmaqla, Mənzil İnşaatı Dövlət Agentliyinə dəstək verilməsi və maliyyə vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulub.

Qeyd edilib ki, 6 prioritet üzrə tədbirlərin icra edilməsi nəticəsində Azərbaycanda 2020-ci ildə real ÜDM-in 250 milyon manat artacağı və bu sektorda 6000 əlavə iş yerinin yaradılacağı proqnozlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər