4 C
Baku
Wednesday, January 14, 2026

Əhalinin manata etibarı azdır – depozitlər azalır

Banker.azın Mərkəzi Bankın hesabatlarına istinadən verdiyi məlumata görə, manat depozitlərinin həcmi yanvar 2017 tarixinə azalıb.

Əhalinin banklarda yerləşdirdiyi manat depozitlərinin həcmi bir qədərdə azalaraq 1.45 mlrd. manat düşüb. Bundan əvvəlki ay bu göstərici 1.51 mlrd. manat idi.

Lakin buna baxmayaraq, əhalinin bank sisteminə olan inamı qismən möhkəmlənib. Belə ki, banklarda yerləşdirilən ümumi depozitin həcmi artıb. Yanvr 2017 tarixinə bu  göstərici artıq 7.7 mlrd. manata bərabər olub. Ondan əvvəlki ay bu göstərici 7.4 mlrd. manatdır. Təbii ki,artım daha çox xarici valyutada olan depozitlərdə müşahidə olunur.

Son xəbərlər
Digər xəbərlər