Azərbaycanda son iki aydan sonra əhalinin banklardan nağd dollar alışında mühüm artım qeydə alınıb. 2021-ci ilin iyulunda Azərbaycanda vətəndaşlar banklardan 94.19 milyon dollar həcmində ABŞ valyutası alıblar, lakin hələ də banklar əhalidən aldığı dollar, satdığında yüksəkdir.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın iyul ayı üçün açıqladığı statistik göstəricilərdə deyilir.
Azərbaycanda yanvardan bu tərəfə bankların əhaliyə satdığı dolların həcmi enməkdədir.
Hesabat dövründə əhalidən 119.11 mln. dollar həcmində ABŞ valyutası alınıb. Bu da öncəki ayla müqayisədə 7.3% azalma deməkdir.
2021-ci ilin ayları üzrə bankların ABŞ dolları üzrə mübadiləsi |
||
Aylar | Satış | Alış |
Yanvar | 325,402,070 | 67,729,017 |
Fevral | 167,397,700 | 142,398,474 |
Mart | 133,451,877 | 120,584,332 |
Aprel | 129,963,826 | 130,628,261 |
May | 80,063,657 | 99,009,421 |
İyun | 76,731,980 | 128,456,817 |
İyul | 94,189,031 | 119,105,176 |