Son illərdə bankların əhalidə inam yaratması, banklara yerləşdirilən depozitlərdə özünü biruzə verir. Bir neçə il əvvəl banklara güvənməyənlər şəxslər artıq pullarını banka əmanət etməkdən çəkinmirlər.
Hazırda əhalinin ölkə banklarında 6 940 mln manat pulu var.
Belə ki, son 1 ayda bank əmanətləri 220 mln manat, yəni 4% artıb. Onu da qeyd etmək olar ki, hər ay bank əmanətlərində artımlar müşahidə olunur. Beləliklə ilin əvvəlindən 9%, daha dəqiq desək 545 mln manat artıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə isə əhalinin banklara qoyduqları əmanətlər 921 mln manat, 16% artıb.
Son 3 ildə banklara yerləşdirilən əmanətlərə nəzər yetirsək, bu illər ərzində daha böyük fərq olduğunu görə bilərik. Belə ki, 2011- ci ildə banklara yerləşdirilən əmanətlər 3 660.7 mln manat təşkil edirdi və bu da qeyd olunan il ilə müqayisədə 2 dəfə artım deməkdir.
Aşağıdakı cədvəldə son illər əzində banklara qoyulan depozitlərin artım dinamikasını görə bilərsiniz.