14 C
Baku
Sunday, November 24, 2024

Əhalinin premium benzinə tələbi artır, istehsal gecikir, xaricə valyuta axını sürətlənir

Azərbaycanda hazırda emal edilən Aİ-92 markalı benzin artıq yeni nəsil avtomobillər üçün yararlı olmadığı üçün və avtomobillərdə əlavə nasazlıqlar yaratdığından premium markaya tələbatı ilbəil artırır. Bunun nəticəsi artıq idxal həcmlərində də kəskin nümayiş etdirməkdədir. 2021-ci ildə edilmiş premium (Aİ-95) benzinin 2020-ci illə müqayisədə 52.19 min ton, yaxud 93% çox idxalı artıb.

Banker.az xəbər verir ki, xaricdən gətirilən premium markalı benzinin 108.24 min ton (150.34 mln. liter), yaxud 78.64 milyon dollar olmuşdur. Öncəki ildə cəmi 33.32 mln ABŞ dolları dəyərində premium benzin idxal edilmişdi.

Tonla hesablandıqda 2020-ci ildə bu benzinin hər tonu Azərbaycana 592 dollara, 2021-ci ildə isə 819 dollara qiymətinə başa gəldiyi məlum olur. Litrə götürdükdə isə Premium benzinin idxal qiyməti 2020-ci ildə 0.43 dollar/literə (0.73 manata), 2021-ci ildə isə 0.52 dollar/liter (0.89 manat) olmuşdur.

Bu benzinin böyük hissəsini Rusiyadan idxal etməklə 47.83 min ton (32.98 mln dollar) olmuşdur.

BENZİNİ XARİCDƏN NİYƏ ALIRIQ?

Ölkədə günbəgün tələbin artdığı premium benzini daxili bazarda yeni növ avtomobil markaları və havaya ekoloi baxımdan daha az qurğuşun emissiya etdiyindən tələbatın yüksəldir. Lakin, hazırkı müddətə qədər Azərbaycanın NZE-ləri “avro-5” yanacağının istehsal edildiyini elan etsə də, hələ ki, Aİ-92 istehsalı ilə kifayətlənir. Ötən ay SOCAR-ın nümayındəsi açıqlama verərək, Azərbaycanda “Avro-5” standartına cavab verən benzinin istehsalı 2022-2023-cü illər üçün nəzərdə tutulduğunu bildirib.

Qeyd edək ki, Azərbaycanda premium markalı benzinin qiyməti 1.45 manatdan 1.6 manata, super markalı isə 1.6 manatdan 1.9 manatadək bahalaşıb.

Azərbaycanda 95 markalı premium benzinin idxalı
Ölkə İdxal miqdar, ton İdxal dəyəri, min USD
Rusiya 47826.12 32979.95
Ruminya 45417.04 34416.62
Kipr 4995.48 4191.46
İran 4471.04 2967.47
Gürcüstan 559.32 399.15

 

Son xəbərlər
Digər xəbərlər