Artıq ölkədə neçə gündür ki, ölkədə siyahıya alınma gedir. Hansı suallar verilir?
1.Ev kimin adınadır.
2.Neçənci ildə inşa edilib.
3.Neçə otaqdan ibarətdi.
4. Neçə kvadratmetrdi.
5. Nədən tikilib (material)
6. Evin adına olan şəxsin ad, soyadı, atasının adı, təvəllüdü, evli və subaylığı, təhsili, harada işləyir və hansı vəzifədə, əgər əlildirsə əlillik dərəcəsi.
Əgər evlidirsə evlilik necənci ildə olub. Uşaqları varsa onlar haqqında yuxarıda göstərilən məlumatlar soruşulur. Ev yiyəsinin yoldaşı da, ev yiyəsinə verilən suallardan verilir. Evdə digər şəxslər qeydiyatdadırsa o halda da, ev yiyəsinə verilən suallar onlara verilir.
Amma bu informasiyanın anonimliyi qorunurmu? Sual anonimliklə bağlıdırsa onun qorunması ilə bağlı yalnız blankların yuxarı hissəsində qeyd var. Amma vətəndaşla bu qeydin bağlılığı yoxdur. Yəni blanka vətəndaş imza atsın, onun nüsxəsi vətəndaşa verilsin, blankın bir hissəsində məsul şəxsin imzası olmaqla möhürlə təstiq edilsin qeydi yoxdu.
Belə çıxır ki, vətəndaşları siyahıya alan şəxs, vətəndaş qarşısında heç bir məsuliyyət daşımır. Yalnız icraçı ilə orqan arasında bu blanklar etibarlıdır. 2022-ci ilə kimi yığılan məlumatlar elektron sistemə yerləşdiriləcək.
İqtisadçı-ekspert Rauf Qarayev