10 C
Baku
Thursday, November 14, 2024

Əhalinin xaricdən daha çox hansı minik avtomobillərə marağı artıb – Benzin, yoxsa dizel?

Azərbaycan 2021-ci ilin ilk üç rübü ərzində idxal etdiyi minik avtomobillərini analiz etdikdə məlum olur ki, əhalinin getdikcə kiçik mühərrikli avtomobilin idxalına marağı artmaqdadır.

Banker.az xəbər verir ki, Azərbaycana 2021-ci ilin yanvar-sentyabr ayları ərzində  60 540 avtomoilindən  20 197 ədədi benzinlə çalışan və mühərrik həcmi 1 000 – 1 500 sm-kub olan minik avtomobilləridir. Bu avtomobillərin miqdar baxımdan həcmi 2020-ci ilin eyni dövrünü 72% üstələyib. Bu avtomobillərin ortalama qiyməti isə  $5 755 olmaqla öncəki ilin göstəricisindən ($6 450) geri qalır. Bu avtomobillərin idxalına görə ölkəni $116.24 mln. həcmində valyuta tərk edib.

2021-ci ilin ilk üç rübündə ikinci ən çox idxal edilən minik avtomobili isə  benzinlə olan mühərrikinin həcmi 1500-3000 kub-sm olanlardır. Onların sayı  16 648 olmaqla, idxal dəyəri $258.86 mln.-dur. Bu avtomobillərin orta qiyməti cari ildə  $15 549 olmuşdur, bu öncəki ilin müvafiq dövründə $16 234 idi.

Ölkədə idxal dinamikasında isə ən çox dizel mühərrikli avtomobillərdə müşahidə edilir. Azərbaycana gətirlən mühərrik həcmi 1 500 sm-kubadək olan dizel minik avtomobillərinin idxal həcmi 84% illik artımla  6 338 ədəd olub, bu da $22.12 milyonu əhatə edir. Orta idxal qiyməti isə hər avtomobilə  $3 490 olmaqla öncəki ilin eyni dövründəki qiymətə yaxındır.

Dizel mühərrikli avtomobillərdən həcmi 1 500-2 500 kub-sm olanların hesabat ilindəki idxal miqdarı illik müqayisədə 63% artımla  7 388 ədəd və 2 500 kub-sm-dan çox olanların idxal miqdarı 5% artımla 369 ədəd təşkil edib.
231231

Son xəbərlər
Digər xəbərlər