Əhaliyə ən ucuz qaz satan ölkələr açıqlanıb. Banker.az xəbər verir ki, birinci yeri Qazaxıstan tutub. İlk üçlüyə həmçinin Rusiya və Böyük Britaniya daxil olub. Reytinqə görə, ən bahalı qaz Skandinaviya ölkələrindədir – İsveç və Danimarka.
Siyahıda həmçinin Skandinaviya ölkələrindən bir qədər geridə qalan Hollandiya və İspaniya da yer alıb, Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
Analitiklər qeyd ediblər ki, hesablamalara əsasən, hər bir konkret halda göstəricilər qazancın miqdarından, dövlət daxilində yaşayış yerindən və ailənin qaz istehlakının həcmindən asılı olaraq fərqlənə bilər. Tam siyahı aşağıdakı kimidir:
- Qazaxıstan
- Rusiya
- Böyük Britaniya
- Lüksemburq
- Avstriya
- Belarus
- İrlandiya
- Almaniya
- Belçika
- Fransa
- Hollandiya
- Macarıstan
- Danimarka
- Türkiyə
- Litva
- Latviya
- Xorvatiya
- Slovakiya
- Sloveniya
- Çexiya
- İtaliya
- Polşa
- Estoniya
- Serbiya
- İspaniya
- İsveç
- Portuqaliya
- Bosniya və Hersoqovina
- Rumıniya
- Yunanıstan
- Bolqarıstan
- Moldova
Sonuncu sıraları Yunanıstan, Bolqarıstan və Moldova tutub.