Əhməd Əhmədzadəyə yeni vəzifə verildi

Bir neçə gün əvvəl Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilən Əhməd Əhmədzadə ilə bağlı yeni qərar verilib.

Banker.az Unikal.org-a istinadla xəbər verir ki, sabiq sədr Baş nazir Əli Əsədovun müşaviri təyin edilib.

“Qafqazinfo” sözügedən təyinatla bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxlayıb. O məsələdən məlumatlı olmadığını qeyd edib. Eyni zamanda bildirib ki, məsələni araşdıracaq.

Son xəbərlər
Digər xəbərlər