11 C
Baku
Wednesday, December 11, 2024

Əhval ruhiyyəni qaldırmağın dörd asan üsulu

Yaxşı əhval-ruhiyyə insanın özünü yaxşı hiss etməsinin başlıca qarantıdır. Insanda ruh yüksəkliyini necə yaratmaq olar? Hamı üçün əl çatan olan dörd sadə üsul təklif edirik.

Musiqiyə qulaq asın

Klassik  musiqiyə müntəzəm qulaq asmaq nəinki əsəb pozuntusu,  nevrasteniya, yorğunluq və yuxusuzluq zamanı, həmçinin də aşağı və yuxarı təzyiq problemlərinə və  ürək damar xəstələrinə də kömək edir. Hətta qastrit, kolit və ya mədə xoraları olan insanlar, xroniki bronxitlər, bronxial asmalar da özlərini daha yaxşı hiss edir.

Musiqinin insan sağlamlığına müsbət təsir etdiyini göstərən ən gözəl nümunələrdən biri Jerar de Pardyenin həyatında götürülmüş bir misalda nəzərdən keçirək. Jerar cavanlıqda tez-tez kəkələyirmiş və həkim ona gün ərzində iki saatdan az olmayaraq Motsarta qulaq asmağı məsləhət bilmişdir. Çox qısa zamanda gələcək aktyor bu qüsurdan tamamilə yaxa qurtarmışdır.

Ən yaxşı effektə nail olmaq üçün məhz klassik musiqiyə qulaq asmaq lazımdır,  çünki, o qanuni harmoniyalara əsaslanır. Həmçinin əsərlərdə məhz hansı musiqi alətinin səslənməsinə də fikir vermək lazımdır. Belə ki, qara ciyərə ən yaxşı klarnet təsir göstərir, ürəyə isə skripka və violonçel. Qeyri-adi heç nə yoxdur: bizim hər bir orqanımız xüsusi tezlikdə hiss edilən elektromaqnit dalğaların mənbəyidir. Demək olar ki, ağ ciyərlər, mədə, dalaq hər biri adi qulaq ilə eşidilməyən «musiqi» səsləndirir.  Orqanın fəaliyyət pozulanda onun çıxardığı səsin ahəngi də təhrif olunur, pozulur. Amma ideal «tona» yaxın musiqi dinləmək daxili harmoniyanı bərpa edir və insanın özünü daha yaxşı hiss etməsinə səbəb olur.

Musiqi terapiyasının qaydaları:
  • Musiqiyə qulaq asmaq orta hesabla 30–45 dəqiqə davam etməlidir. Daha qısa seans lazımı effekti vermir.
  • Lazımı diski qoyduqdan sonra özünüzə mümkün qədər komfortlu yer seçin, rahat olun, mümkünsə işığı söndürün.
  • Musiqini elə seçmək lazımdır ki, o əhval ruhiyyəyə uyğun gəlsin, əksinə onunla mübarizə aparmalı olmasın.
  • Öz sevimli musiqiləriniz  siyahısına  dini (insanın ruhunu oxşayan) musiqiləri də əlavə edin: o orqanizmin istənilən bir vəziyyəti üçün çox xeyirlidir.

rozaTəbiətlə təmasda olun

Təbiətdə olmaq insanda özünü qiymətləndirməni yüksəldir, həmçinin insana nikbinlik gətirir, optimist əhval bəxş edir. Təəssüf ki, bizim coğrafi enlikdə havalar elə olur ki, adamın hətta beş dəqiqəlik də çölə çıxmağa həvəsi olmur.

Əgər qışda dənizə, bağa və ya parka getmək imkanı yoxdursa, onda mütəmadi olaraq təbii aləmdən bəhs edə kinolara baxmaq olar. On dəqiqəlik mərcan rifləri haqqındakı süjet sizin əhvalınızı yüksəldəcək, gərilmiş əzələləri boşaldacaq, əsəb sisteminin tonusunu qaldıracaq və yeni günə başlamaq üçün sizə yeni güc gətirəcəkdir. Əsas odur ki, belə süjetlərin tamaşasını tez-tez edəsən.

Daha bir çıxış yolu- müxtəlif quşların səsləri, nəğmələri yazılmış kompakt-disklər ola bilər. Onları əldə etmək elə də böyük zəhmət tələb etmir, son zamanlar bu disklər xüsusi populyarlıq qazanıblar.  Ququ quşunun quqquldamasına və  sığırçının civiltisinə nevrasteniya xəstəliyi vaxtı qulaq asmaq çox faydalıdır. Yapalağın qışqırtısı isə yuxusuzluğun öhdəsindən gəlməyə kömək edir. Bülbülün və  kanarya quşunun nəğmələri isə mədə və onikibarmaq bağırsağın xəstəliklərini sağaltmağa qadirdir. Sünbül toxumağa və ya qurudulmuş güllərdən kompozisiya düzəltməyə çalışın. Həmçinin əldə nefritdən və ya taxtadan düzəldilmiş kürəcikləri oynatmaq da olar- bütün bunlar pəncədəki bioloji-aktiv nöqtələrə təsir edir və daha harmonik lada köklənməyə stimul verir.

geranium«Ətir bilmə qabiliyyətini» işə salın

Yəqin ki, siz fikir vermisiniz ki, sevimli güllərin və ya biçilmiş otların ətri, təravəti insanda xoş xatirələr oyadır, sanki insanı xoşbəxt, bəxtəvər olduğu günlərə geri qaytarır. Əhval-ruhiyyədə dərhal, o dəqiqə yüksəlir.  Bu heç də təsadüf deyil: insanın iybilmə qabiliyyətinə görə cavabdeh olan beyin hissəsi- ən qədimlərdən biridir, ona görə də qoxular ilə «möhkəmlənmiş» xatirələr ən çox davam gətirənlərdir.

Təsadüfi deyil ki, bu gün aromaterapiya – efir yağlarının vasitəsi ilə orqanizmə təsir etmə bu qədər məşhurluq əldə etmişdir. Özünüzə uyğun ətir tapın və istədiyiniz vaxt öz əhvalınızı yüksəldə biləcəksiniz.

  • Lavanda relaksasiyaya və daha tez yuxuya getməyə kömək edir. Onu həmçinin qrip, soyuqdəymə və bronxit zamanı inhalyasiya (buxar, qaz və ya toz halına salınmış maye və ya maddələrlə nəfəs alma vasitəsilə müalicə) üçün istifadə etmək olar.
  • Ətirşah baş ağrısını götürür.
  • Limonun efir yağı təzyiqi aşağı salır, yorğunluğu aradan qaldırır, yuxuya meylliliklə mübarizə aparmağa kömək edir və insanda iş qabiliyyətini daha artırır.
  • Mixək (qərənfil toxumu) çox incə bir ətrə malikdir ki, onunla əqli hücuma keçməmişdən öncə nəfəs almaq çox faydalı olur. O həmçinin vacib məsələlərin həllinə hazırlaşanda da yardımçı ola bilər, belə ki insanın zehnini gücləndirir.
  • Vanil əsəblərə sakitləşdirici təsir göstərir. Kim bilir, bəlkə biz balaca olanda nənələrin evdə bişirdiyi kökələrdən ona görə belə xoş vanil qoxusu gəlirdi?

Rəngləri idarə edin

Müxtəlif xalqlar hələ qədim zamanlarda rənglərdən müxtəlif dini ayinlərdə və ya dövlət mərasimlərində simvolik obraz kimi istifadə edirdilər. Lakin onun insan psixologiyası üçün əsl əhəmiyyəti yalnız ötən əsrin 50-ci illərində İsveçrə alimi Maks Lyüşer tərəfindən açıqlanmışdır. O söyləmişdir ki, rənglərdən hər biri müəyyən psixoloji tələbatı və meylliliyi simvolizə edir. Ona görə də insanın rəng seçimləri və hansı çalarlara üstünlük verməsini bilməklə insanın xarakterini də müəyyən etmək olar. Əks əlaqədə mövcuddur: bu və ya digər çalara üstünlük vermək ilə biz öz daxili dünyamıza da təsir göstərə bilərik. Özünüzə paltar seçərkən və ya interyer əşyaları alanda bu amili də diqqətdən qaçırmayın.

sharRənglərin sirləri:
  • Sarı – uşaqlıq, yaradıcılıq, parlaq emosiyalar rəngidir. Bu rəngə üstünlük verən insanlar həyat enerjisindən boldurlar. Onların zəngin fantaziyası var, amma ola bilsin bir az uşaq düşüncəlidirlər. Geyimdə bu rəngdən istifadə sizə həyat sevinci və azadlıq hissi bəxş edəcək.
  • Qırmızı– dünyanı fəal dərk etmək, enerji, ambisiya rəngidir. O oyadıcı, hərəkət verici təsir göstərir, tonusu qaldırır. Amma ehtiyatlı olun, böyük miqdarda qırmızı rəng yorğunluğu artırır və qıcıqlanma gətirir.
  • Yaşıl- inadcıllıq, təkidlilik, tərslik, öz maraqlarına, mənafeyinə sadiq qalmaq rəngidir. Onu  qələbəyə can atan, ya da öz azadlığını hər şeydən daha çox qiymətləndirən insanlar xoşlayır. Əgər siz bu kateqoriyaya aidsinizsə, yaşıl rəng sizin daxili harmoniyanıza dəstək olmağa kömək olacaq.
  • Göy– məyusluq, yorğunluq rəngidir. Təsadüfi deyil ki, ingilis dilində «solğun», «qəmgin» və «göy» anlayışları hamısı bir sözlə – «blue» ifadə olunur. Psixikaya bu rəng yorucu, lakin həm də eyni zamanda sakitləşdirici təsir göstərir.
  • Qara –depressiya, xarici dünya ilə təmasa girməkdən imtina rəngidir. Geyimdə və interyerdə bu rəngə üstünlük verən insan ya qəlbinin dərinliyində həddindən çox sarsılmışdır, ya da sadəcə özünə əmin olmadığı üçün qapalı görünmək istəyir. Əgər siz özünüzü qəmgin hiss edirsinizsə, qara rəngdən qaçmağa çalışın.
Son xəbərlər
Digər xəbərlər