Ələt Azad İqtisadi Zonası (AFEZA) İslam İnkişaf Bankı Qrupunun (IIB) Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə Anlaşma Memorandumu imzalayıb.
Banker.az xəbər verir ki, sənədə AFEZA-nın Direktorlar Şurasının sədri Valeh Ələsgərov və ICD-nin baş direktoru Ayman Amin Sejiny imza atıb. Anlaşma Memorandumu Ələtdə qeydiyyatdan keçəcək şirkətlər üçün şaxələndirilmiş maliyyə mənbələrinin təmin edilməsi imkanlarını araşdırmaq məqsədi daşıyır. Bundan başqa, hər iki tərəf AFEZA-nın ICD üzvü olan ölkələrdə təşviqi üçün birgə fəaliyyət imkanlarını araşdıracaq.