20 C
Baku
Saturday, September 21, 2024

Ələt azad iqtisadi zonasında ilkin elektrik işləri 10 milyon manata başa gələcək

“Azərişıq” ASC “Azconstruction” Qapalı Səhmdar Cəmiyyət ilə 10 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Ələt azad iqtisadi zonası ərazisində ilkin elektrik işlərinin layihələndirilməsi və aparılması işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği 9 984 986 manatdır.

Qeyd edək ki, “Azconstruction” Qapalı Səhmdar Cəmiyyət 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 2 000 manatdır və qanuni təmsilçisi Rəşad Əliyevdir.

Son xəbərlər
Digər xəbərlər