“2020-ci ildə Ələt limanının yaxınlığında yerləşən xüsusi iqtisadi zonanın fəaliyyətinin təmin edilməsi üçün xüsusi tədbirlər görüləcək.
Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2020-ci ilin dövlət investisiya proqramında bu məqsədlə infrastrukturun yaradılması, zəruri işlərin həyata keçirilməsi üşün artıq vəsait nəzərdə tutulub.
“Zonanın idarəedicisi təyin edilib və hazırda ordadır. Ümumilikdə bu il sənaye zonalarında olan bir sıra layihələrin başa çatdırılması nəzərdə tutulur. Bəzi layihələr fevral ayında yekunlaşacaq ” – deyə,o, bildirib.