8 C
Baku
Monday, November 18, 2024

Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna sədr təyin edildi

Prezident İlham Əliyev Valeh Feyruz oğlu Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri təyin edilməsı haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, o, 1946-cı il oktyabrın 19-da (73 yaş) Samux rayonunun Qarayeri qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsini bitirmişdir. Əməkdar mühəndisdir. “Şöhrət” ordeni ilə təltif edilmişdir. Çoxsaylı elmi əsərlərin və ixtiraların müəllifidir. Rus və ingilis dillərini bilir.

1970-ci ildən “Permneft” birliyi “Kunqurneft” NQÇİ-də böyük mühəndis, növbə rəisi, sex rəisi, baş mühəndis, 1982-ci ildən “Permneft” Elmi Tədqiqat və Layihə İnstitutunda bölmə müdiri işləmişdir. 1985-ci ildən “Muradxanlı” NQÇİ-də baş mühəndis, idarə rəisinin müavini, 1987-ci ildən “Azərneft” Birliyində baş mühəndis, baş direktorun müavini, 1992-ci ildən “Azərneft” Dövlət Konserninin vitse-prezidenti, ARDNŞ-nin birinci vitse-prezidenti, şirkətin prezidentinin müşaviri olmuşdur. 1995-ci ildən Azərbaycan Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin rəisi vəzifəsində çalışmışdır. Bitərəfdir.

2005-ci il noyabrın 6-da 102 saylı Samux-Şəmkir seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədridir. Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəridir.

Evlidir, 4 övladı var.

Son xəbərlər
Digər xəbərlər