Əl sıxmaq kimi salamlaşmaq jesti əvvəllər təhlükəsizliyi təmin edən bir jest olub.
Qədim insanlar bir- biriləri ilə salamlaşanda ovuclarını göstərərək əllərində silah gizlətmədiklərini nümayiş etdirirdilər.
Lakin Roma İmperiyası zamanı insanlar ovuc göstərməklə kifayətlənmirlər, onlar düşünürdülər ki, insanlar libaslarının qollarında silah gizlədə bilərlər. Məhz buna görə Roma sakinləri bir -biriləri ilə görüşəndə əl sıxmağa başlamışdılar.
Tədricən bu maraqlı fakt unudulmuşdu. Görüşərkən əl sıxmaqdan Avropada da kommerisya sazişləri bağlandıqda istifadə etməyə başlayırlar. Bugünkü gündə dünyanın hər bir yerində görüşərkən əl sıxırlar.