24 C
Baku
Tuesday, October 1, 2024

Əl yazısının inanılmaz faydaları

Kağız üzərində əl yazısı ilə tez-tezmi yazı yazırsınız? Müasir dünyamızda təəssüflər olsun ki, bu məşğuliyyət bir çoxları üçün mənasız görünür. Üstəlikdə, bu yazını kompüterdə daha sürətlə yazmaq imkanı varsa. Lakin bununla öz zamanımıza və əməyimizə qənaət etmiş olsaq da, əl yazısı vasitəsilə qazanılan bir çox faydalardan məhrum oluruq. Bəs nəyə görə əlimizə qələm alaraq kağız üzərində daha çox yazı yazmalıyıq?

1. Əl yazısı yaddaşı gücləndirir

Vacib məlumatı əli ilə yazmaq onu uzun müddət yadda saxlamağın və öyrənməyin ən effektiv üsuludur. Məsələ ondadır ki, əli ilə yazarkən beyinin retikulyar aktivləşmə sistemi adlanan hissə işə düşür. Bu sistem də yazı zamanı yazılan informasiyanı ən “vacib” olan kimi qəbul edir və yadda saxlama prosesinə kömək edir.

2. Belə fikir daha yaxşı formalaşır

Bir çox məşhur yazıçılar öz romanlarını kompüter və yaxud çap maşınında yazmağı deyil, məhz əl yazısı ilə yazmağa üstünlük verirlər. Yaxud da, ardını kompüterdə yazmağa başlamamışdan öncə ilk sətirlərini əl ilə yazmağa başlayırlar. Yazıçılar belə hesab edirlər ki, əl ilə yazarkən lazımi fikirlər daha tez və rahatlıqla əldə edilir. Bundan başqa, qaydalara görə yazının sürəti təxmini olaraq fikirlərin sürəti ilə uyğunlaşır. Klaviatura üzərində olan barmaqla bu fikri geridə qoyurlar. Bir fikir üzərində ətraflı düşünməmiş artıq ikinci fikir yaranır.

3. Əl ilə yazarkən fikriniz yayınmayacaq

Qarşınızda dayanan kompüteri “zaman qatili” adlandıra bilərik. Buna görə də, nə isə üzərində işləyərkən və yazı yazarkən əsas fikir yayındıran amillər olan sosial şəbəkələri, əyləncə portallarını bağlamaq lazımdır. Bir çox araşdırmanın sübut etdiyinə görə, iş zamanı 5 dəqiqəlik internet fasiləsi daha məhsuldar işləməyə kömək edir. Lakin əgər çox ciddi dissertasiya üzərində işləyirsinizsə bu fasilələr xeyirdən daha çox, zərər yetirəcək. Kağız və qələmlə işləyərkən isə fikriniz bu formada yayınmasına heç cür imkan yoxdur.

4. Bununla fikirlərinizin itiliyini və sərtliyini itirməyəcəksiniz

Əl ilə yazmaq tək yazı sürətini artırmaq üçün deyil, həm də beyin üçün əsl məşqdir. Yazı aktı hərəkət bacarıqlarını və yaddaşın itiliyini inkişaf etdirir. Bundan başqa, bu qocalıq zamanı ağlın fəallığını və aydınlığını qoruyub saxlayır.

Son xəbərlər
Digər xəbərlər