13 C
Baku
Sunday, November 24, 2024

Əlavə dəyər nəzəriyyəsi. Karl Marks

Sosial doktrinalar – bəşər övladının xoşbəxt və ədalətli həyat haqqında arzularının ayrılmaz bir hissəsidir.  Məntiqi cəhətdən əsaslandırılmış ilk sosial ideyalardan biri hələ Platonun fəlsəfəsində öz əksini tapmışdır. O vaxtdan bəri onların yaranmaları və yoxa çıxmaları da çox müşahidə olunmuşdur. Ən dahi «utopik sosioloqlar» sırasında isə Sen-Simon, Furye və Oueanın adını çəkmək olar. 

 Təəssüflər olsun ki, onların baxışları elmi nöqteyi-nəzərdən o qədər də tutarlı olmamışdır. Ümumilikdə isə bunlar həmin dövrdə mövcud olan ictimai quruluşun tənqidi, həmçinin də ictimai tərəqqinin gələcək istiqamətləri haqqında bir sıra maraqlı mülahizələrin toplusu idi. Lakin Sen-Simon, Furye və Oueanın işləri bütövlükdə götürdükdə ciddi nəzərə əsaslara malik deyildi. Bu çatışmazlığı aradan qaldırmaq istəyən isə almaniyalı Karl Marks olmuşdur.

Karl Marks (1818-1883) qabaqcıl vəkil ailəsində dünyaya göz açmışdır. Atası onun mükəmməl təhsilə malik olması üçün Bonn universitetinə göndərmişdir. Burda gənc Marks fəlsəfə ilə maraqlanmış və tezliklə professor Ruqqenin başçılıq etdiyi seminarın fəal iştirakçısına çevrilmişdir. Professor Ruqqe proqressiv baxışlarına görə kafedradan məhrum ediləndə, Marks 1836-cı ildə Berlinə köçdü.

Özünün doktorluq dissertasiyasının möhtəşəm müdafiəsindən sonra, Marks professor vəzifəsinin icrasına hazırlıq üçün universitetdə saxlamalı idilər. Lakin o, universitet rəhbərliyinin mühafizəkar siyasəti ilə razı deyildi, buna görə də onun üçün bu qədər sərfəli olan bu təklifdən imtina etdi. Bundan sonra daha alman universitetlərinin qapıları onun üzünə bağlı idi.
1842-ci ildə Karl Almaniyanı tərk edərək, İngiltərəyə yola düşdü və burda o ilk dəfə Fridrix Engels (1820-1895) ilə görüşdü. Tale onları həm yaxın dosta, həm mübarizə silahdaşına, həm də həmkara çevirdi və onlar birlikdə bir neçə kitabın müəllifi oldular.

1843-cü ildə Avropa ətrafında səyahətə çıxan Marks öz ictimai fəaliyyətinə jurnalistlik ilə başladı. Sonra isə o, Brüsselə köçdü və burda yenidən Engels ilə qarşılaşdı. Burda  onlar bilikdə Kommunist ittifaqı yaratdılar və 1848-ci ildə «Kommunist partiyasının Manifestini yazdılar. Bu sənəddə, onlar xüsusi ilə qeyd edirdilər ki, zəhmətkeşlərin mübarizəsi inqilab ilə yekunlaşa bilər, bu inqilabın gedişində isə kapitalizm sistemi kommunizm ilə əvəzlənəcək.

Bu tipli ideyalar qərbi Avropanın hakim dairələrinin hiddətinə səbəb oldu, bunun nəticəsində isə Marksı əvvəlcə Brüsseldən, daha sonra Fransadan sonda həm də Almaniyadan sürgün etdilər. 1849-cu ildə Marks öz ailəsi ilə birlikdə Londonda sığınacaq tapdı. Məhz Engelsin köməyi ilə o, öz kommunist ideyalarını inkişaf etdirə bildi.  Engelsin Mançesterdə  toxucu fabriki var idi, bu isə Marksın iqtisadi işləri üçün ilkin materialı təchiz etdi.

1867-ci ildə Marks «Kapital» kitabının ilk cildini nəşr etdirdi ki, bu əsər onun həyatı boyu çəkdiyin zəhmətinin ən böyük bəhrəsi idi. Onun ölümündən sonra, Engels ikinci və üçüncü cildləri də nəşr etdirdi. Bu kitabda Marks gələcəyi görməyə çalışır və biznes idarəetməsinin cəmi bir neçə nəfər varlı kapitalistin əlində cəmlənməsinin gələcəkdə iqtisadi xaosa səbəb olacağını yazırdı. Bu zaman isə çevriliş başlayacaq və zəhmətkeşlər  bu  mübarizədən qalib çıxacaq.

Marksın iqtisadi nəzəriyyəsinin təməlində David Rikardo (1772—1823) tərəfindən işlənib hazırlanmış dəyər və əlavə dəyər haqqında təsəvvürlər dayanır. Yəni Marks öz xələfləri arasında (yəni ondan əvvəl bu məsələyə münasibət bildirmiş insanlardan) özünü daha çox onun mövqeyinə yaxın bilir. Marks gec-tez sosialist ideallarının tərənnümünün labüdlüyünü əsaslandırmaq üçün həmin ideyaların nisbətən şəklini dəyişmişdir.

Marksın iqtisadi nəzəriyyəsinin təməl daşı isə -əlavə dəyər haqqında bilgilərdir. Əlavə dəyərin tədqiqatına yanaşma zamanı Marks belə yazır: təbiət bir tərəfdə yalnız mal və pula sahib olanları, digər tərəfdə isə yalnız işçi qüvvəsinə sahib olanları yaratmır.

Bu münasibətlər nə təbiətin özü tərəfindən yaradılmış deyil, nə də elə bir ictimai münasibət deyil ki, bütün tarixi mərhələlərə xas olsun. Aydındır ki, o, özü də bundan öncəki tarixi inkişafın nəticəsi, çox sayda iqtisadi çevrilişlərin bəhrəsi və bundan əvvəl mövcud olmuş qədimi, ictimai istehsalat formasiyaların məhvinin məhsuludur».

Əlavə dəyər muzda işlə götürülmüş işçinin əməyi nəticəsində yaranan dəyər ilə, həmin işçi qüvvənin dəyəri arasındakı fərqdir. Kapitalist onları yalnız o zaman əldə edir ki, onun işə götürdüyü işçilərin əməyi nəticəsində yaradılmış məhsullar satılır və onun satışlardan əldə etdiyi pul məbləği onun bu məhsulun istehsalı üçün çəkdiyi xərclərini üstələyir. Beləliklə kapitalist öz gəlirini kapitalın tam dövriyyəsi başa çatdıqdan sonra əldə edir. Kapitalistin gəliri, məhsulun satış qiyməti ilə, onun istehsalına sərf olunan kapital arasındakı fərq ilə, yəni yeni kapitalın yaranması ilə müəyyən olunur.

Marksın göstərdiyi kimi, əlavə dəyər, əmtəə dövriyyəsi zamanı meydana çıxma bilməz, çünki bu zaman yalnız mübadilə ekvivalenti bəlli olur. Həmçinin o, əmtəənin qiymətinə edilən əlavələrdən də yarana bilməz, çünki alıcıların və satıcıların qarşılıqlı itkiləri və uduşları bu zaman bərabərləşərdi, amma reallıqda yalnız kapitalistlər sinfi varlanır. Beləliklə, kapitala çevrilməli olan pulların dəyərinin artması onu nəzərdə tutur ki, pul sahibi bazarda elə bil mal tapmalıdır ki, onun istehlak dəyəri elə orijinal xüsusiyyətə malik olsun ki, özü dəyər mənbəyi rolunda çıxış etsin. Elə məhsul ki, faktiki olaraq onun istehlakı əməyin maddiləşməsi prosesinə, nəticə etibarı iləsə, dəyər yaratma prosesinə çevrilsin. Beləliklə pul sahibi bazarda belə spesifik bir məhsula tapır- bu işləmə qabiliyyəti və ya işçi qüvvəsidir. Kapitalizm əmtəə istehsalının ən ali pilləsidir və burada məhsul rolunda nəinki əməyin nəticəsi , həm də insanın işçi qüvvəsinin özü də çıxış edir.

Bundan öncəki iqtisadçılar əlavə gəliri bu və ya digər konkret formalarda göstərməyə üstünlük verirdilər — gəlir, renta, faiz. Marks öncə  əlavə dəyərin yaradılması prosesini, burjua cəmiyyətinin həyatının səthində  onun təzahür etdiyi formalardan asılı olmayaraq araşdırırdı. Daha sonra o kapitalın hərəkətini izlədikdə sonra, o əlavə dəyərin gəlir, faiz və renta şəklində yaranmasını göstərdi.

Dəyər mənbəyi olmasına baxmayaraq, əmək özlüyündə dəyərə malik deyil. «Dəyər yaradan bir fəaliyyət növü kimi də əməyin, xüsusi çəkisi olmadığı kimi ağırlığı, temperaturu olmadığı kimi istiliyi, elektrikliyi olmadığı kimi cərəyan gücü və eləcə də xüsusi dəyəri yoxdur». Işçi kapitalistə əməyini deyil, öz əmək qüvvəsini (işçi qüvvəsini) satır. Əmək qüvvəsi məhsula çevriləndə -bu isə yalnız müəyyən tarixi şərtlər imkan verdikdə baş verir – onun dəyəri, cəmiyyət tərəfindən istehsal və istehlak üçün ehtiyac duyulan əmək ilə müəyyən olunur.
Başqa sözlərlə- V.A. Leontyev «K.Marksın «Kapitalının» öyrənilməsinə doğru» kitabında yazır. –kapitalist heç də dəyər qanunun pozulması nəticəsində varlanmır, əksinə o, bu qanunun fəaliyyəti, onun sonrakı inkişafı  və yayılması, onun tam mütləq hökmranlığı nəticəsində, insanın əmək qüvvəsinin məhsula çevrildiyi zaman varlanır. Bu «öz qiyməti  istehsalı üçün lazım olan, əmək miqdarının sərhədləri ilə heç də üst-üstə düşməyən bu işçi qüvvəsinin sərhədlərini  funksionallaşdırmaq,

Əməyə öz qiymətini çıxartmaq üçün lazım olan işçi qüvvəsinin miqdarının sərhədləri ilə bu spesifik məhsulun alıcısının istifadə etmək, funksionallaşdırmaq məqsədi ilə aldığı işçi qüvvəsinin sərhədləri ilə heç də həmişə üst-üstə düşmür». Əlavə dəyərin istehsalı məhz bu vəziyyət ilə şərtlənir. «İşçi qüvvəsinin əlavə əməyi pulsuz (haqqı ödənilməyən əməkdir) və buna görə də kapitalist üçün əlavə dəyər yaradır, çünki o bu əməyin əvəzində onun ekvivalentini ödəmir».

Marks yazır ki, «məhz bu forma, yəni əlavə əməyin bir-başa istehsalçıdan- işçidən tam sıxılıb çıxarıldığı forma cəmiyyətin iqtisadi formasiyalarını bir birindən fərqləndirir: iş üzərində əsaslanan formasiya və muzdlu əmək üzərində əsaslanan  cəmiyyət forması».

Kapitalizm zamanı  əlavə dəyərə olan hərislik tamamı ilə sərhədsizdir. Kapital sözün həqiqi mənasında əməyə qarşı canavar acgözlüyü üzə çıxarır.

«Kapitalın mahiyyətini və onun özünü-artım sirrini müəyyən etdikdən sonra, Marks yalnız mütləq əlavə dəyərin baxılmasına keçir –Leontyev qeyd edir. Bu əlaqədə o kapitalizm şəraitində əmək prosesinin çox mühüm analizinin təsvirini verir, bu zaman əmək prosesi dəyərin artırılması və başqa sözlərlə desək əlavə dəyərin yaradılması prosesi ilə əmək prosesinin vəhdəti kimi götürülür.
Marks göstərir ki, məhsulun qiyməti –işçi qüvvəsi və kapitalistin öz məhsulunun istehsal məqsədi ilə istehlakı zamanı əldə etdiyi dəyər, özündə iki fərqli ölçünü əks etdirir….

…Marks ilk dəfə olaraq sabit və dəyişən kapital arasındakı fərqi açıqlamışdır: daimi kapitalda təcəssüm tapmış ölü əmək, nəinki əvvəlki dəyərini saxlayaraq onu yeni məhsul üzərinə keçirmək qabiliyyəti olan, həm də yeni dəyər yaratmağa qadir canlı əməyə qarşı qoyulur.
Kapitalın sabit və dəyişənə bölünməsi Marksın əlavə dəyər nəzəriyyəsində çox vacib yer tutur. Məhz bu amilə görə kapitalın iki hissəsi bir birindən fərqləndirilir, yəni o hissə ki, kapital öz böyüməsinə görə məhz ona borcludur və o, hissə ki, öz ölçüsünə görə dəyişmir. Kapitalın bu bölgüsü, Marks tərəfindən verilmiş əməyin ikitərəfli xarakterinin təhlili prosesində və yekununda ortaya çıxan təbii nəticədir.

… Kapitalisti onun müəssisələrində istehsal olunan məhsulun istehlak dəyəri deyil, onların öz dəyəri maraqlandırır, çünki o, özündə həm də işçilərin əvəzi ödənilməmiş zəhməti nəticəsində yaranmış əlavə dəyəri də əhatə edir. Onun məqsədi cəmiyyətin ehtiyaclarını ödəmək deyil, əlavə dəyər əldə etmək, yəni kapitalın dəyərinin artımına nail olmadır».
K. Marks: Əmək prosesinin və dəyər yaradılması prosesinin vəhdəti kimi, istehsalat prosesi də elə məhsulların istehsal edilməsi prosesidir; əmək prosesi və dəyərin artırılması prosesinin birliyi kimi, o elə kapitalist istehsalat prosesi, yəni məhsulların istehsalının kapitalist formasıdır».

Əlavə dəyərin yaradılması –bütün prosesin əsas məqsədi də elə budur. Işçi «şəxsiyyətləşdirilmiş iş vaxtına çevrilir». Kapitalist isə şəxsiyyətləşdirilmiş kapital rolunda çıxış edir.
Nisbi əlavə dəyər anlayışını təyin etdikdən sonra, Marks bunun ardınca kapitalizm tərəfindən əmək məhsuldarlığının artmasının üçü başlıca mərhələsini araşdırır: sadə kapitalist kooperasiyası, əməyin və manufakturanın bölünməsi,  maşınlar və iri sənaye.

Əmək məhsuldarlığının inkişafının digər üsulları və vasitələri kimi, kapitalizm zamanı maşınların əsas təyinatı məhsulları ucuzlaşdırmaq və işçilərin iş gününün lazımı bir hissəsi qısaltmaqdır ki, bu da əlavə iş saatları təyin etməyə icazə verir: bunlar da özlərində əlavə dəyər yaratmaq üçün bir vasitə rolunu oynayır».

«Belə bir sual meydana çıxır: bütün bu deyilənlərin fonunda Marksa necə yanaşmaq lazımdır nəzəriyyəçi kimi ya iqtisadçı kimi?- V.N. Kostyuk öz kitabında yazır: –o daha alimdir, ya özünə məşhurluq qazanmağa can atan və öz həyatından və ictimai mövqeyindən narazı olan insanlara yerinə yetirilməsi mümkün olmayan vədlər paylayan sadəcə populist fikirli sıradan bir şəxsdir?
Bu suallara cavab verərkən yaxşı olar ki, Marksın özünün nəzəriyyəsinin strukturundan çıxış edəsən, bu nəzəriyyə onun həm «Kapital», həm də digər əsərlərinə şərh edilmişdir. Onda məlum olacaq ki, onun nəzəriyyəsi ayrı-ayrı aspektlərdə çox maraqlıdır (dəyişən kapital, əlavə dəyər, istehsal sxemləri və s), lakin məntiqi cəhətdən bir yerdə mümkün deyil (yəni onun irəli sürdüyü bütün iddialar, hamısı birlikdə həqiqət ola bilməz).

Əlbəttə, ya bizim göstərdiyimiz kimi onun əlavə dəyər konsepsiyasını, ya da onun iqtisadi inkişaf nəzəriyyəsini qəbul edə bilərsiniz. Onlardan hər birinin özünün layiqli tərəfləri vardır. Lakin eyni zamanda bu nəzəriyyələrin hər ikisini qəbul etmək olmaz. Çünki onların mühakimələri biri-digərinə ziddir».

Sosial doktrinalar –bəşər övladının xoşbəxt və ədalətli həyat haqqında arzularının ayrılmaz bir hissəsidir.  Məntiqi cəhətdən əsaslandırılmış ilk sosial ideyalardan biri hələ Platonun fəlsəfəsində öz əksini tapmışdır. O vaxtdan bəri onların yaranmaları və yoxa çıxmaları da çox müşahidə olunmuşdur. Ən dahi «utopik sosioloqlar» sırasında isə Sen-Simon, Furye və Oueanın adını çəkmək olar.

Son xəbərlər
Digər xəbərlər