6 C
Baku
Friday, January 17, 2025

Əldə olan dolları nə vaxt dəyişmək “məsləhətdir”?

Bu sual ilk baxışdan bəzilərimizə qəribə görünməyinə baxmayaraq , hazırda Banker.aza bununla bağlı kifayət qədər çox sual daxil olur.

Əslinə qaldıqda, mövzu üzərində bir qədər fikirləşdikdən mövzunun nə qədər əhəmiyyətli olduğunu anlayırsan. Misal üçün sizin 10 000$-nız vardır. Bu pulu nə vaxt manta çevirmək maliyyə baxımdan daha sərfəli olardı?

Qonşu ölkələrin bəzilərində əhalinin pulu olan qismi pulu dollara çevirərək valyutanın üzən məzənnəyə keçməsini gözləyirdi. Məntiq ondan ibarət idiki, üzən məzənnəyə keçən valyuta ilk ay əhali tərəfindən olan ajiotajın nəticəsində hədsiz ucuzlaşacaq və dolları çox yaxşı qiymətə satmaq üçün fürsət yaranacaqdır. Sonradan milli valyuta bir qədər özünə gələcəkdir.

Lakin Azərbaycanda əgər belə demək mümkündürsə, bu proses baş vermədir. Ən azından bu proses qismən “qara bazarda” baş tutsada (hətta bunuda çətinliklə demək mümkündür) , rəsmi məzənnə sırf Mərkəzi Bankın inzibatı metodları ilə idarə edildi.

Bəz o zaman pulu olan adam dolları nə vaxt manat çevirsə daha çox gəlir əldə etmiş olar (və ya daha az itirmiş olar)?

Bu məsələ ilə bağlı Banker.azın ekspertləri düşünürki hələki o məqam çatmamışdır. Hazırda Mərkəzi Bankın ortaya qoyduğu strategiya göz qabağındadır və bu strategiya istər- istəməz ajiotaja səbəb olacaq və dollar günü-gündən bahalaşacaqdır. Bura həm valyuta dəyişmə məntəqələrinin bağlanması, həm 500 manatdan artıq məbləğin şəxsiyyət vəsiqəsi ilə verilməsi, hərraclara az məbləğdə dolların çıxarılması və s. aiddir.

Qeyd olunan məsələdə həlledici məqam təbii ki neftin qiymətidir. Neftin qiyməti nə qədərki düşəcək və ya aşağı qiymət diapozonunda qalacaq, manatın qiymətdə qalxması demək olarki mümkünsüz olacaq. Aşağı qiymət dedikdə isə 50$ aşağı nəzərdə tutulur –  neftin bu qiyməti 2016-cı ilin büdcəsində nəzərdə tutulan qiymətdir.

Odur ki, gündəlik ehtiyatlarınız istisna olmaqla, əldə qalan dollarları hələ bir müddət saxlamanız maliyyə baxımdan daha faydalı olardı.

Son xəbərlər
Digər xəbərlər