“Çox yaxın vaxtlarda icbari tibbi sığorta əsasında səhiyyə xidmətləri göstərilməyə başlanacaq”.
APA-nın xəbərinə görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib. Ə. Əhmədov İcbari Tibbi Sığorta Agentliyinin tərkibinin müəyyənləşdiyini və əməkdaşların yerlərdə fəaliyyətə başladığını bildirib. Yevlax Mərkəzi Rayon Xəstəxanasında quraşdırılan avadanlıqlarla tanış olan Ə. Əhmədov səhiyyə işçiləri qarşısında çıxışında vurğulayıb ki, Yevlax rayonunda və Mingəçevir şəhərində pilot layihə çərçivəsində icbari tibbi sığortanın tətbiqinə başlanacaq.