21 C
Baku
Tuesday, April 16, 2024

Əli Əsədov Albaniyanın Baş naziri ilə görüşüb

Baş nazir Əli Əsədov aprelin 14-də ölkəmizdə rəsmi səfərdə olan Albaniya Respublikasının Baş naziri Edi Rama ilə görüşüb.

Banker.az xəbər verir ki, görüşdə iki ölkə arasında siyasi əlaqələrin möhkəmləndirilməsi, əməkdaşlığın iqtisadi, ticari, enerji, sərmayə qoyuluşu, turizm və digər sahələrdə genişləndirilməsi perspektivləri ilə bağlı məsələlər geniş müzakirə olunub. Enerji sahəsində əməkdaşlığın Azərbaycan-Albaniya əlaqələrinin əsas istiqamətlərindən birini təşkil etdiyi bildirilərək Cənub Qaz Dəhlizi layihəsinin birgə həyata keçirilməsinin önəmi qeyd edilib.

Son xəbərlər
Digər xəbərlər