İyunun 9-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə AVRO-2020 futbol çempionatının Bakı şəhərində keçiriləcək dörd final oyununun təşkili ilə bağlı video-konfrans formatında müşavirə keçirilib.
Nazirlər Kabinetindən verilən məlumata görə, müşavirədə hazırlıq işlərinə dair məruzələr edilib və müvafiq tapşırıqlar verilib.