15 C
Baku
Friday, September 20, 2024

Əli Əsədov Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 28-də Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemlə görüşüb.

Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə Formula 1 yarışlarının Azərbaycanda uğurla keçirildiyi vurğulandı.
Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin artırılması və yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparıldı.

Eyni zamanda Azərbaycan Avtomobil Federasiyası ilə Beynəlxalq Avtomobil Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olundu.

Son xəbərlər
Digər xəbərlər