Baş nazir Əli Əsədov iyulun 15-də Gürcüstanın Baş prokuroru İrakli Şotadze ilə görüşüb.
Banker.az Nazirlər Kabinetinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan əlaqələrinin bir çox istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olundu.
Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib.