8 C
Baku
Friday, December 13, 2024

Əli Əsədov iclas keçirdi, tapşırıqlar verdi

Martın 10-da Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib.

Banker.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

İclasın gündəliyində Holdinqin idarəetməsinə verilmiş Portfel şirkətlərinin 2022-ci ilin yekunları üzrə Fəaliyyət Hesabatı, o cümlədən maliyyə nəticələri, Portfel şirkətləri üçün əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsi və büdcələmə prosesinin planlaşdırılması qaydaları, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “AzerGold” QSC, “Bakı Metropoliteni” QSC, “BakuBus” MMC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin korporativ idarəetmə standartları və digər cari məsələlər ətraflı müzakirə edilib.

Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayevin və Baş icraçı direktoru Ruslan Əlixanovun məruzələri dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.

Son xəbərlər
Digər xəbərlər