14 C
Baku
Thursday, April 25, 2024

Əli Əsədov Kvemo Kartlinin qubernatoru ilə görüşüb

Baş nazir Əli Əsədov iyulun 13-də Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Giorgi Doxturişvili ilə görüşüb.

Banker.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə şəhərlərarası əməkdaşlığın ikitərəfli əlaqələrin genişləndirilməsində əhəmiyyətli rol oynadığı bildirilib. Bu baxımdan Gürcüstan nümayəndə heyətinin səfəri çərçivəsində iki ölkənin şəhərləri arasında imzalanacaq qardaşlaşma haqqında memorandumların önəmi vurğulanıb.

Həmçinin Azərbaycan ilə Gürcüstan arasında ticarət-iqtisadi, nəqliyyat-tranzit, sərmayə qoyuluşu, energetika və bir çox digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər