6 C
Baku
Sunday, December 15, 2024

Deputat: “Real sektorun inkişafı üçün Bank Məcəlləsinin qəbul edilməsi vacibdir”

“Mərkəzi Bankın rəhbərliyi ilə bir dəfə görüşmüşük. Hazırkı dövrdə bir daha görüşmək çox aktualdır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Əli Məsimli deyib.

Deputat bildirib ki, real sektorun mütləq əksəriyyəti banklarla bağlıdır: “Banklarda faiz dərəcələrinin aşağı salınması, real sektorun inkişafına şərait yaratması üçün Bank Məcəlləsinin qəbul edilməsini vacib hesab edirik. Üçüncü istiqamət isə Büdcə Məcəlləsinin qəbul edilməsi ilə bağlıdır. Üçüncü blok məsələ isə sosial məsələlərin tənzimlənməsi ilə bağlıdır. Bu qanunların bir hissəsi Əmək və sosial siyasət komitəsinə, bir hissəsi isə bizə aiddir. Biz bir neçə qanunlara dəyişiklik hazırlamışıq. Yaşayış minimumu, minimum əməkhaqqı və ehtiyac meyarı ilə bağlı hər zaman qaldırdığımız məsələ var idi. Sənədlərdə yaşayış minimumu anlayışı havada asılı vəziyyətdədir. Bundan başqa Rəqabət Məcəlləsinin də qəbul edilməsi çox vacib hesab edirik”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər