10 C
Baku
Friday, December 13, 2024

Əlillərin muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır – Nazirlik

Birinci və ikinci qrup əlillərin muzdlu işlə əlaqədar əldə etdiyi gəlirlərə hansı vergi güzəşti tətbiq olunur?

Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən bu sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 102.3-cü maddəsinə uyğun olaraq, birinci və ikinci qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır. Vergi Məcəlləsinin 102.8-ci maddəsinə görə əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Həmçinin Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.9-cu bəndinə əsasən birinci və ikinci qrup əlillərin (müharibə əlillərindən başqa) güzəşt hüququ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı və tibbi-sosial ekspert komissiyasının rəyi və ya arayışı əsasında müəyyənləşdirilir.

AZƏRTAC

Son xəbərlər
Digər xəbərlər