Əlilliyə görə pensiyanın ödənilməsi ilə bağlı yeni layihə hazırlanaraq aidiyyəti qurumlara təqdim olunub.
Bunu Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov “Sosial saat”da deyib.
O bildirib ki, layihəyə uyğun olaraq həmin şəxslərə təyin olunmuş pensiyanın məbləğinin əmək qabiliyyətinin itirilmə faizinə uyğun ödənilməsi mexanizmi müəyyən ediləcək.