9 C
Baku
Friday, December 13, 2024

Əlilliyə görə sosial ödəniş alan şəxslərin sayı açıqlanıb

Bu gün ölkəmizdə 471 min nəfərdən çox şəxs əlilliyə görə sosial ödəniş alır.

Dövlət Sosial Müdafiə Fondundan verilən xəbərə görə, onlardan 261.5 min nəfərdən çoxu pensiya, 209.5 nəfərdən çoxu müavinət alanlardır.

Əlilliyə görə Prezident təqaüdü alanların sayı isə 75.7 min nəfərdən çoxdur.

Əlilliyi müəyyən edilmiş şəxslərə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 270, 61-80 faiz pozulmasına görə 220, 31-60 faiz pozulmasına görə 150 manat müavinət, müharibə və 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 500, 61-80 faiz pozulmasına görə 400, 31-60 faiz pozulmasına görə 330 manat, ümumi səbəblərdən əlilliyi müəyyən edilmiş şəxslərə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) 200, ümumi səbəblərdən gözdən əlilliyi müəyyən edilmiş şəxslərə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 300, 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə 100 manat məbləğində Prezident təqaüdü ödənilir.

Son xəbərlər
Digər xəbərlər