12 C
Baku
Saturday, November 23, 2024

Əliyev: “Azərbaycan 2023-cü ildə qaz ixracını 24.5 mlrd. kubmetrə qədər artıracaq”

2023-cü ildə Azərbaycan 24.5 milyard kubmetr qaz ixrac edəcək. Bunu Prezident İlham Əliyev deyib.

“2021-ci ildə bizim qaz ixracımız 19 milyard kubmetr, 2022-ci ildə 22.6 milyard kubmetr təşkil edib, 2023-cü ildə isə 24.5 milyard kubmetr səviyyəsində planlaşdırılır”, – deyə dövlət başçısı fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında bildirib.

Onun sözlərinə görə, ötən il ölkələrin enerji təhlükəsizliyinə ümumi sadiqliyini nümayiş etdirən bır sıra mühüm hadisələr baş verib.

Bu xüsusda ötən il iyulun 18-də Bakıda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə birgə imzaladıqları “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun əhəmiyyətini xüsusi vurğulayan dövlət başçısı bildirib: “Bu, əslində, bizim gələcək planlarımız üçün açıq yol xəritəsidir”.

İ.Əliyev əlavə edib ki, Azərbaycan 2027-ci ilədək Avropaya qaz ixracını iki dəfə artırmağı planlaşdırır: “Bu, mümkündür, çünki bizim resurslarımız, qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımız var”.

O vurğulayıb ki, Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl istifadəyə verilib. “Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi haqqında danışırıq”, – deyə İ.Əliyev əlavə edib.

Son xəbərlər
Digər xəbərlər