12 C
Baku
Saturday, November 23, 2024

Əliyev: “Azərbaycan qaz ixracını artıracaq, 2023-cü ildə ixrac 24 milyard kubmetrdən artıq olacaq”

Azərbaycan qaz ixracını artıracaq, 2023-cü ildə ixracın həcmi 24 milyard kubmetri ötəcək. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

“Biz qaz ixracımızı artırırıq. 2021-ci ildə qaz ixracı 19 milyard kubmetr təşkil edib. 2023-cü ildə həmin rəqəm 24 milyard kubmetrdən artıq olacaq. Onun ən azı yarısı Avropaya istiqamətləndiriləcək”, – deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, Azərbaycan qaz yataqlarına investisiyaları artıracaq.

Bundan başqa, hazırda TANAP-ın gücünün 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər, TAP-ın gücünün 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılması istiqamətində müzakirələr aparılır və bu, ixracın artırılması üçün vacibdir.

Əliyev əlavə edib ki, Azərbaycan enerji daşıyıcılarının Avropa bazarına mühüm tədarükçüsünə çevrilir, elektrik enerjisinin Avropaya ixracına başlanılması istiqamətində iş aparılır.

Xəbər verildiyi kimi, Azərbaycan 2022-ci ildə qaz ixracını 22.3 milyard kubmetrə qədər artırıb, Avropaya 11.4 milyard kubmetr qaz (+39%) ixrac edilib.

Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır.

Son xəbərlər
Digər xəbərlər