6 C
Baku
Saturday, December 14, 2024

Əliyev: “Bir il ərzində Azərbaycandan qaz alan ölkələrin sayı 10-a çatacaq”

Bir il ərzində Azərbaycandan qaz alan ölkələrin sayı 6-dan 10-a çata bilər. Bunu Prezident İlham Əliyev deyib.

“Bu gün Azərbaycan qazı nə qədər böyük önəm daşıyır, bunu hər kəs görür. Ölkəmizin geosiyasi önəmi böyük dərəcədə artıb. Bu gün Azərbaycan qazı 6 ölkəyə nəql edilir. Əgər hər şey plan üzrə gedərsə, bir il ərzində bu ölkələrin sayı 10-a çatacaq, ondan sonra daha da geniş coğrafiyanı əhatə edəcək. Bu, həm bizə gəlir gətirir, həm bizim siyasi çəkimizi, həm də təsir imkanlarımızı artırır”, – deyə dövlət başçısı bu gün Azərbaycan xalqına müraciətində söyləyib.

Daha əvvəl Prezident İlham Əliyev bildirmişdi ki, Azərbaycan 2023-cü ilin sonunda Macarıstan və Slovakiyaya qaz ixracına başlamağı planlaşdırır. Bundan başqa, Serbiya 2024-cü ilin əvvəlində Azərbaycandan qaz nəqlinə ümidvar olduğunu bildirib.

Azərbaycan 2022-ci ildə qaz ixracını 18% – 22.3 milyard kubmetrə qədər artırıb, Avropaya 11.4 milyard kubmetr qaz (+39%) nəql edilib.

2023-cü ildə Azərbaycandan qaz ixracı 24.5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.

Son xəbərlər
Digər xəbərlər