“Bank of Baku”nun Partnyorlarla iş və alternativ satışlar departamentinin direktoru, Məhsulların yaradılması komitəsinin sədri Anar Abbasovun APA-ya müsahibəsi:
– Bildiyimiz kimi, “Bank of Baku” korporativ müştərilərinə yeni əmək haqqı kartlarını təklif edir. Bu əmək haqqı kartını kimlər ala bilər?
– Bəli, qeyd etdiyiniz kimi, Bankımız hal-hazırda korporativ müştərilərinə tam yenilənmiş və bol-bol üstünlüklər qazandıran yeni əmək haqqı kartlarını təklif edir. Bu kartları istənilən hüquqi şəxs və ya sahibkar kimi fəaliyyət göstərən korporativ müştərilər öz əməkdaşları üçün Bank of Baku-dan sifariş edə bilərlər.
– Yeni məhsulunuz rəqiblərinizin məhsullarından nə ilə fərqlənir? Kartın üstünlükləri nədir?
– Əmək haqqı layihəmiz Mastercard və Visa beynəlxalq ödəniş kartları və bizim Bolkart məhsulumuzun üstünlüklərini özündə cəmləşdirərək Bolkart Salary üzərindən müştəriyə təqdim olunur. Beləliklə, müştərilərimizə verilən Bolkart Salary əmək haqqı kartları digər banklarda olmayan bir neçə üstünlükləri ilə seçilir:
- Birincisi, şirkətlərin, xüsusən də mühasiblərin işini asanlaşdıran yeni bir imkan yaratdıq. Artıq mühasiblərin əmək haqqıları köçürmələri üçün Banka gəlmələrinə ehtiyac yoxdur. internet bankinqə daxil olaraq, çox qısa bir müddət ərzində, 2 dəqiqə vaxt sərf etməklə onlayn hesabdan köçürə bilərlər.
- İkincisi, Bank of Baku və Millikart prosessinq mərkəzinə aid olan bankların ATM-ləri vasitəsi ilə nağdlaşdırma 0% təşkil edir.
- Üçüncüsü, nağdsız yəni onlayn və ya pos-terminal vasitəsilə edilən ödənişlərdə, tranzaksiya məbləğindən 15%-dək bonus (cash back) kart balansına geri qayıdırr.
- Dördüncüsü, debet funksiyasını daşıyır, yəni istənilən vaxt həmin karta bizim “Ödəniş terminalı” aparatlarımız vasitəsilə tam komissiyasız nağd pul yerləşdirilə bilər ki, əlavə olunan vəsait dərhal balansda əks olunur və istifadə etmə imkanı yaranır.
- Beşincisi, SMS məlumatlandırma, SMS bankinq, 3D security xidmətlərinə qoşulma və dəstəklənmə pulsuz olaraq hədiyyə olunur.
- Və nəhayət, əmək haqqı kartını Bank of Baku-dan alacaq şirkət əməkdaşları üçün İnternet bankinqə pulsuz qoşulub, bütün əməliyyatlara nəzarət edə bilərlər.
– Kartdan istifadəyə görə xidmət haqqı nə qədərdir?
– Yuxarıda qeyd etdiyim kimi, kartdan Bank of Baku və Millikart prosessinq mərkəzinə aid olan bankların ATM-ləri vasitəsilə nağdlaşdırmaya görə heç bir xidmət haqqı tutulmur. Əmək haqqı layihəmizə qoşulan korporativ müştərilərimizin əməkdaşlarının sayından asılı olaraq maaşların köçürülməsi üçün individual əsaslarla sərfəli şərtlər təklif olunur. Bolkart Salary kartlarımız maksimum 4 illik müddətinə verilir, kartın qiyməti 8 azn təşkil edir. Bankımızla uzun müddətli çalışan korporativ müştərilərimiz üçün fərdi yanaşma və endirimlər tətbiq olunur.
– Kartınızdan VÖEN əsasında işləyən sahibkarlar yararlana bilərmi?
Bolkart Salary kartından, VÖEN əsasında çalışan istənilən sahibkarın əməkdaşları yararlana bilər. Sahibkarın özünə isə başqa bir məshulumuzu İŞKART təklif edə bilərik. İŞKART bir başa sahibkarın VOEN hesabına bağlı bir kartdır, banka yaxınlaşmadan həmin kartla hesaba köçürülən vəsaitdən istər nağdsız, istərsə də nağdlaşdırma etməklə faydalana bilər. Qeyd edim ki, İŞKART əldə etməklə işlərini xeyli asanlaşdıracaq iş adamları:
- Onlayn ödənişlər etmə imkanı;
- Gömrük və digər rüsumları POS terminalla ödənişi;
- Nağdsız ödənişlərdə 0.5% nağdlaşdırma komissiyasından və 1% vergidən azad olunma;
- 24/7 ATM-dən və POS terminaldan nağdlaşdırma;
- AZN/USD/EUR hesablara bağlı kartın alınması
Və digər üstünlüklərdən faydalana biləcəklər.
– Bankınız gələcəkdə korporativ müştərilərin ehtiyacları üçün hansı yeni xidmət və məhsullarını təqdim edəcək?
– Hal hazırda, Bank of Baku-nun Baş idarəsində korporativ müştərilərimiz üçün daha çevik və özəl xidmətin göstərilməsi üçün xüsusi bölmə yaradılır. Onların maraq və ehtiyaclarına uyğun yeni məhsul və xidmətlərin yaradılması üzərində mühüm işlər görülür. Bu yaxınlarda, olacaq yeniliklər haqqında həm Sizləri, həm də müştərilərimizi məlumatlandıracağıq.
– 2017-ci ildən etibarən Bank of Baku fəaliyyətini daha çox rəqəmsal platforma üzərindən həyata keçirməyi nəzərdə tutub. Bunun üçün hansı işlər görülüb və görüləcək?
– Bəli, çox doğru qeyd edirsiniz. Bank of Baku son illər ərzində müasir dövrün tələbini nəzərə alaraq fəaliyyətini əsasən rəqəmsal platforma üzərində qurmağa çalışır. Müştərilərimiz bir çox xidmətlərimizindən banka gəlmədən 24/7 rejimində istədikləri an rahat şəkildə istifadə edə bilərlər. Cari olaraq, korporativ müştərilərimizin 60%-dən çoxu əməliyyatlarının böyük hissəsini banka gəlmədən internet bankçılıq vasitəsilə həyata keçirir.
Son aylarda bu istiqamətdə görülən işlər arasında internet bankinqdə məhz korporativ müştərilərimiz üçün bir çox yenilikləri qeyd etmək olar. Artıq sahibkarlar, iri və xırda şirkətlərin mühasibləri, maliyyə menecerləri və digər səlahiyyətli şəxslər vaxt itirmədən, öz iş yerlərini tərk etmədən, bankda növbə gözləmədan, ödəniş tapşırığını kağız üzərində tərtib etmədən, onu elektron formada elə internet bankinqin şəxsi kabinetində yarada, hesabdan hesaba pul köçürməsini icra edə bilərlər. Həmçinin, köçürməni (ödəniş tapşırıqlarını) şablonlarda yaddaşda saxlayıb əlavə vaxt sərf etmədən bir təsdiq ilə yenidən icra edə bilərlər. Üstəlik, bankdaxili köçürmələri tamamilə pulsuz, digər bank hesablarına köçürmə edərlərlə, bank filiallarından 50%-dək güzəştli tariflərlə həyata keçirmək imkanı verilir.
Əlavə olaraq, digər mühüm yeniliklər arasında Bankın korporativ müştərilərə çox yaxın zamanda təqdim edəcəyi özəl konsultant və təkmilləşdirilmiş internet bankçılıq xidmətini də göstərmək olar.
Gözlənilən yeniliklər arasında isə, qeyd edə bilərəm ki, Mobil Bank xidmətimizi yaxın gələcəkdə tam təkmilləşdirib bazara təqdim etməyi planlaşdırırıq.