10 C
Baku
Thursday, December 12, 2024

Əmək haqqı kartları 11 ayda ilk dəfə azalmağa doğru gedib

Azərbaycanda əməkhaqqı kartlarının saylarında son 11 ayda ilk dəfə azalma qeydə alınıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

1 mart 2020-ci il tarixinə ölkədə əməkhaqqı kartlarının sayı  2 milyon 347 min ədəd təşkil edib. Bu da fevral ayının 1-dəki göstəricidən 80 min və ya 1,3 faiz daha az olması deməkdir.

Ölkədə plastik karların sayı ümumilikdə 7 milyon 832 min ədəd təşkil edir.  Bunun 2 milyon 723 min ədədi sosial kart, 2 milyon 347 min ədədi əməkhaqqı, 1 milyon 872 min ədədi digər və 890  min ədədi isə kredit kartlarıdır.

vector instagram icon 23
Son xəbərlər
Digər xəbərlər