9 C
Baku
Thursday, December 12, 2024

Əmək haqqını yaşam sığortasına köçürənlər artır – 17 milyonluq artım

2020-ci ilin mart ayında Azərbaycanın 3 həyat sığortası şirkəti tərəfindən könüllü həyat sığortaları üzrə 56 milyon 442 min manat, icbari həyat sığortası üzrə 11 milyon 194 min manat sığorta haqları toplanıb (cəmi 67 milyon 636 min manat).

Banker.az xəbər verir ki, könüllü həyat sığortaları üzrə toplanmış sığorta haqlarının 45 milyon 688 min manatı həyatın yaşam sığortasının (yığım sığortası) payına düşüb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə həyatın yaşam sığortası üzrə toplanmış sığorta haqları 16 milyon 633 min manat və ya 57% artıb.

Cari ilin martında həyatın yaşam sığortası üzrə sığorta ödənişləri isə 35 milyon 155 min manat təşkil edib. Ötən ilin eyni dövründə bu növ üzrə sığorta ödənişləri 14 milyon 545 min manat təşkil etmişdi.

Son xəbərlər
Digər xəbərlər