“Azərbaycanda layiqli iş yerlərinin yaradılması aktiv əmək bazarlarının yaradılması qarşıya qoyulan məqsəddir”.
APA-nın məlumatına görə, bu barədə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Milli Məclisin bu gün keçirilən iclasında “Məşğulluq haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, mühüm məsələlərdən biri olan aktiv əmək bazarları ilə bağlı tədbirlər hərtərəfli şəkildə öz qanun layihəsində əksini tapıb: “Bu, əmək haqqının maliyyələşmə prinsipi ilə bağlı öhdəliklərdir. Əgər qanun qəbul olunarsa, dövlət hansı iş yerə göndərəcəksə, onun əmək haqqının 50 faizini dövlət qarşılayacaq. Bu qanun layihəsi əvvəlkindən əhəmiyyətli dərəcə fərqlidir. Əgər qanun qəbul olunarsa, iş axtaranların iş ilə təminatı və sosial məsələlərin həll etmək imkanı əldə edəcək. Deputatlara öz müsbət fikirlərini irəli sürməsini xahiş edirəm. Verilən təklifləri də növbəti müzakirələrdə nəzərə alınacaq”.